Azərbaycanda internetdən ən çox pul qazanan məşhurlar - İLGİNC SİYAHI

15-05-2019, 19:54           
Azərbaycanda internetdən ən çox pul qazanan məşhurlar - İLGİNC SİYAHI
Son illərdə əksər dünya ölkələrində olduğu kimi Azərbaycanda da sosial şəbəkə üzərindən qazanc əldə edənlərin sayı artıb.

Belə ki, bəzi şəxslər sosial mediada özlərinə məxsus olan onlayn mağaza açaraq, satış edir. Bəziləri isə sırf izləyici sayı topladıqdan sonra müxtəlif şəxsləri, məhsulları, xidmətləri və s. reklam etməklə vəsait qazanır.REKLAM

Hal-hazırda ölkədə qazanc ən çox “instagram”, daha sonra isə “youtube”dan əldə edilir. Bu sırada “facebook” üçüncü gəlir. Geriyə qalan şəbəkələr (“gmail”, “whatsApp”, “teleqram”, “twitter” və b.) bu sahədə aktiv olmasalar da, əlaqə yaratmaq üçün yardımçı rolunu oynayırlar. Onların yardımçı rolda olmasına bir səbəb isə digər şəbəkələrə nisbətən daha dar çərçivəli və ya ölkədə elə də populyar olmaması ilə bağlıdır. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə görə qazanc əldə edən şəxs gəlir vergisi ödəməlidir. Ancaq bu cür fəaliyyət göstərən şəxslər üçün hal-hazırda ölkədə vergi tələb olunmur.

Mövzu ilə əlaqədar Lent.az-ın suallarını cavablayan "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib ki, əslində bu tip şəxslər vergiyə cəlb olunmalıdırlar:

“Düşünürəm ki, məsələ elə qoyulmalıdır ki, ilk olaraq sosial media üzərindən mağaza və ya səhifə yaradaraq qazanc əldə edən şəxslərin qeydiyyatı aparılmalıdır. Onların qeydiyyata alınması həm rəqabətli mühitin inkişafına xidmət edər, həm də qanunvericiliyə əməl edilməsi ilə nəticələnər. Eləcə də bununla bağlı olaraq qanunvericiliyin təkmilləşdirilməsi ilə birlikdə həmin şəxslər üçün daha güzəştli şərtlər də tətbiq edilə bilər. Hətta ola bilər ki, bu cür şəxslər müəyyən müddət vergidən azad edilsin. Yəni, müzakirənin bu yöndən aparılması daha doğru olar”.

Ekspert qeyd edib ki, bu sahəyə diqqət yetirmək vacibdir:
“Qonşu ölkələrdə elektron ticarətin dövriyyəsi ildə milyard dollarladır. Azərbaycanda isə dövriyyə 50 milyon -100 milyon dollar civarındadır ki, bu çox cüzi bir rəqəmdir. Bu səbəbdən də ölkədə bu dəqiqə elektron ticarətin inkişafı üçün münbit şərait yaratmaq, eləcə də stimullaşdırıcı addımlar atılmalıdır”.
Əlavə edək ki, Keepsafe platforması “instagram”da izləyici sayına, eləcə də bəyənmə və şərhə bugünədək olan TOP 20-ni bizə özəl olaraq açıqlayıb.
Belə ki, izləyici sayına görə ilk yerdə müğənni bacılar Sevinc və Sevil, siyahıda sonuncu yerdə isə rəqqasə Fatimədir.

Bәyәnmә vә şәrhә görә isə ilk yerdə stilist Anar Ağakişiyev, 20-ci yerdə isə müğənni Röya yer alıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.