"Eurovision 2019"da Azərbaycan bayrağına hörmətsizlik - Rəngləri səhv göstərildi

17-05-2019, 13:05           
"Eurovision 2019"da Azərbaycan bayrağına hörmətsizlik - Rəngləri səhv göstərildi
İsrailin paytaxtı Təl-Əvivdə reallaşan "Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycan bayrağına qarşı hörmətsizlik edilib.
Open.az xəbər verir ki, mətbuat konfransında jurnalistlərin suallarını cavablayan təmsilçimiz Çingiz Mustafayev və aparıcı Hüsniyə Məhərrəmovanın əyləşdiyi masada Azərbaycan bayrağının rəngləri səhv göstərilib. Belə ki, masada olan bayraqda göy rəng aşağıda, yaşıl rəng isə yuxarıda olub.
Xatırladaq ki, Çingiz ölkəmizi "Truth" mahnısı ilə təmsil edərək, finala vəsiqə qazanıb.
Sözügedən fotonu təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.