"Kişilər Qırmızı kitaba düşəcək"- Əməkdar artist səfirliyə LGTB bayrağının asılmasından danışdı

17-05-2019, 18:33           
"Kişilər Qırmızı kitaba düşəcək"- Əməkdar artist səfirliyə LGTB bayrağının asılmasından danışdı
Xəbər verdiyimiz kimi, Britaniyanın Azərbaycandakı Səfirliyinin qarşısından LGBT (Lezbiyan, Gey, Biseksual və Transgender) bayrağı asılıb.

BiG.AZ xəbər verir ki, yayılan xəbərə əməkdar artsit Nüşabə Ələsgərli biganə yanaşmayıb. O bildirib ki, axırda kişilər Qırmızı kitaba düşəcək:

"Yəni ki, belə insanlardan qorxmayın. İnsan olmağına insandır, sadəcə hormonu dəyişik düşüb və yaxud da pozulub. Amma onu deyə bilərəm ki, son zamanlar daha da çoxalıb. Axırda kişilər Qırmızı kitaba düşəcək. Yeri gəlmişkən Avroviziya yüksək səsdə təbliğ edir. Nə olacaq bu işlərin sonu? (Mən onlara qarşı heç bir aqressiyam yoxdur. Mən kiməm ki, Allahın yaratdığına kimliyindən asılı olmayaraq məsqərə edim)"

Qeyd edək ki, bayrağın asılmasına səbəb 17 may – Homofobiya və Transfobiyaya qarşı mübarizə günüdür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.