İTV-dən bayraq açıqlaması

17-05-2019, 18:38           
İTV-dən bayraq açıqlaması
Dünən İsraildə baş tutan “Eurovision”un ikinci yarımfinaldan sonra keçirilən mətbuat konfransında Azərbaycan bayrağının mikrofon üzərinə tərs yapışdırılması tənqidlərə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri bu səhvə görə, Azərbaycan nümayəndə heyətini qınayıb.
İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Fikrət Doluxanov məsələyə münasibət bildirib:
“Təxribat olub-olmadığını dəqiq bilmirik. Faktiki olaraq təşkilatçıların səhvidir. Biz bayrağın tərsinə qoyulmasını görəndən dərhal sonra Hüsniyyə Məhərrəmova və Çingiz Mustafayeva məlumat verdik. Onlar tədbir gördülər”.(qafqazinfo.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.