“Bədii şuralar tamamilə mənasızdır, xalqı aldatmaqdır” – Qulu Məhərrəmli

20-05-2019, 19:08           
“Bədii şuralar tamamilə mənasızdır, xalqı aldatmaqdır” – Qulu Məhərrəmli
"Bədii şuralar tamamilə mənasız və əhəmiyyətsizdir. Xüsusən də özəl televiziyalarda belə şuraların heç bir əhəmiyyəti yoxdur”.

Bu sözləri BakuPost-a Əməkdar jurnalist, professor Qulu Məhərrəmli deyib. Onun fikrincə, bəddi şuraların yaradılması gözə kül üfürməkdən başqa bir şey deyil:

"Özəl televiziyalarda Çünki orada söz sahibi televiziya rəhbəridir və çox şey onun zövqü ilə müəyyənləşir. Bədii şura gözə kül üfürmək və bəzi hallarda məsuliyyəti öz üzərindən atmaq üçündür.
Televiziyalarda o mühit yoxdur ki, kollektivlik yaransın. Əvvəl dil şuraları yaratmışdılar, indi qalır o şuralar? Yox.

Ona görə də yalandan bəyanatlar verib ictimaiyyəti aldatmaq olmaz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.