Günay Musayeva sevgilisini bıçaqladı

21-05-2019, 15:42           
Günay Musayeva sevgilisini bıçaqladı
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva sevgilisi Taha Tatlıcını bıçaqlayıb.

“Takvim”in xəbərinə görə, hadisə Tatlıcının Günay və oğlu Cahangiri döyməsi səbəbindən baş verib.

Tatlıcı polisə şikayət verib. Bundan sonra İstanbul Ailənin Qorunması Bürosunda hadisə ilə bağlı istintaq başlayıb.

“Taha çox əsəbi idi. Oğlumu döydü. Oğlumu və özümü qorumaq üçün bıçağı götürərək qarşısına keçdim. Üstümə hücum edəndə bıçaq ona batdı. Mən özümü qoruyurdum”, – Günay hadisə ilə bağlı açıqlamasında deyib.

Musayevanın barəsində 2,5 il həbs cəzası istənilib.

Bıçaqlanan Taha Tatlıcı isə model və oğlunu döyməsi ilə bağlı iddialar qarşısında səssizliyini qoruyur. (oxu.az)













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.