“Eurovision”da nəticələr ləğv olundu – Çingizin yeri dəyişdi

23-05-2019, 06:16           
“Eurovision”da nəticələr ləğv olundu – Çingizin yeri dəyişdi
“Eurovision-2019” mahnı yarışmasının təşkilatçıları final səsverməsinin nəticələrini yenidən hesablayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytı məlumat yayıb.

Səslərin yenidən hesablanmasının finalda balların paylanması zamanı yol verilən səhvlə əlaqəli olduğu bildirilir. Nəticədə bəzi ölkələrin yerləşməsində dəyişiklik olub. Azərbaycan siyahıda 1 pillə geriləyərək 8-ci yerdə qərarlaşıb. Buna baxmayaraq, müsabiqənin ilk 4 yerində hər hansı dəyişiklik baş verməyib.

Təşkilatçılar bildiriblər ki, balların yanlış hesablanması insan səhvi ucbatından baş verib.

Yenilənmiş nəticələr:

Hollandiya (498 xal)
İtaliya (472 xal)
Rusiya (370 xal)
İsveçrə (364 xal)
İsveç (334 xal)
Norveç (331 xal)
Şimali Makedoniya (305 xal)
Azərbaycan (302 xal)
Avstraliya (284 xal)
İslandiya (232 xal)
Çexiya (157 xal)
Danimarka (120 xal)
Kipr (109 xal)
Malta (107 xal)
Sloveniya (105 xal)
Fransa (105 xal)
Albaniya (90 xal)
Serbiya (89 xal)
San Marino (77 xal)
Estoniya (76 xal)
Yunanıstan (74 xal)
İspaniya (54 xal)
İsrail (35 xal)
Belarus (31 xal)
Almaniya (24 xal)
Birləşmiş Krallıq (11 xal)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.