Mədətovdan qızının soyadını dəyişməsinə münasibət: "Dəyişə bilməz"

23-05-2019, 12:56           
Mədətovdan qızının soyadını dəyişməsinə münasibət: "Dəyişə bilməz"

Azərbaycanlı prodüser Anar Mədətovun qızı Ayişə sosial şəbəkədəki profilində ata soyadını dəyişib.

Lent.az-ın məlumatına görə, prodüserin qızı soyadını “Emreli” yazıb.

Qeyd edək ki, A.Mədətovun oğlu, Azərbaycan milli komandasının və “Qarabağ” klubunun üzvü Mahir Mədətov da ata soyadından və adından imtina edib. O, buna səbəb kimi atasının anasını boşaması və yenidən ailə həyatı qurmasını göstərib.

A.Mədətov qızının soyadını dəyişməsi xəbərinə Lent.az vasitəsi ilə münasibət bildirib: “Qızım soyadını dəyişə bilməz. Çünki xaricdə təhsil alır. İnstaqramda dəyişə bilər, çünki anası məcbur edə bilər. Mən bilirəm ki, sabah onların yanında olmasam, Mahirin bacısı kimi dayağı var. Mahir də bacısına dayaqdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.