Aygünlə Faiq küsülüdür

20-06-2019, 17:06           
Aygünlə Faiq küsülüdür
İllərdir dostluq edən Xalq artistləri Faiq Ağayevlə Aygün Kazımovanın arasında soyuq küləklər əsir.
Onların bir-birindən incik olduğu bu günlərdə qatıldıqları məclislərdən birində ortaya çıxıb. Dostlar əvvəlcə, eyni masada otursalar da, soyuq münasibətləri ətrafdakıların diqqətindən qaçmayıb.

Məclisin irəliləyən dəqiqələrində isə Aygün başqa masada digər həmkarları ilə əyləşib. Aygünlə Faiqin hansı səbəbdən küsməsi məlum deyil.

Qeyd edək ki, ötən gün Ağayevin yazdığı statusda “Onun kimisən - göylərdə uçan quşlara da borclusan, hallı-qallı. Heç kimə maraqlı deyilsən, amma tiryək udub, hələ də özün özünə “kraliça” deyirsən, zavallı” ifadələrini işlətməsi diqqət çəkmişdi və bu sözlərin kimə ithaf olunması maraq doğurmuşdu.(Axşam.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.