Hollivudun ən gözəl şəxsinin heykəli oğurlanıb

21-06-2019, 08:28           
Hollivudun ən gözəl şəxsinin heykəli oğurlanıb
Oğrunun tapılması üçün detektivlər, tibbi ekspertiza və yanğınsöndürmə briqadası səfərbər olub

Los Anceles polisi Merilin Monronun heykəlini oğurlayan şəxsi axtarır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ötən əsrin 90-cı illərinin ortalarından bu yana "Tanınmışlar" xiyabanının yaraşığı olan, Merilin Monronun məşhur görünüşünü özündə əks etdirən heykəl naməlum şəxslər tərəfindən oğurlanıb. Oğrunun tapılması üçün detektivlər, tibbi ekspertiza və yanğınsöndürmə briqadası səfərbər olub.

Hadisə baş verən yerə baxış keçirmək üçün mütəxəssislər heykəlin yerləşdiyi hündürlüyə qalxmalı olublar.

"Biz artıq heykəli oğurlayan şəxsi görən bir şahid tapmışıq" - deyə şəhər rəsmisi Mitç Ofarrell bildirib.

Hadisə ilə bağlı Los Anceles şəhərinin detektivi Duqlas Oldfild işlə bağlı kriminalsitlərin bir neçə sübut tapdığını vurğulayıb: "Biz oğrunun bir neçə əl izini tapa bilmişik. Eyni zamanda, bizə məlum olub ki, cinayəti törədən şəxslər xüsusi qurğudan istifadə ediblər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.