Bəhram Bağırzadə AzTV-dən niyə getdi?

25-06-2019, 18:17           
Bəhram Bağırzadə AzTV-dən niyə getdi?
Əməkdar artist Bəhram Bağırzadə AzTV ilə yollarını ayırıb. Şoumen dövlət kanalı ilə müqaviləsini ləğv edib, yeni layihəsini başqa kanalda işıqlandırmaq fikrindədir.

“Qafqazinfo” mövzu ilə bağlı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Bildirilib ki, B. Bağırzadənin layihəsinin dayandırılmasına səbəb sponsorun geri çəkilməsidir:

“Bəhram Bağırzadə ilə yeni layihənin baş tutmamasına səbəb sponsorun layihədən imtina etməsidir. AzTV ilə Əməkdar artist arasında hər hansı anlaşılmazlıq olmayıb. Hətta “Bəhram +” proqramının bir neçə buraxılışının çəkilişləri baş tutmuşdu. Lakin sponsorun geri çəkilməsi verilişin dayanmasına səbəb oldu. Bununla belə yeni mövsümdə daha kreativ layihələrlə görüşünüzə gələcəyik”.

Qeyd edək ki, Əməkdar artist media.az-a müsahibəsində kanalla olan müqaviləsini pozduğunu söyləmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.