Model ona yazdığı erotik mesajları yaydı, Misir millisindən qovuldu - Fotolar

27-06-2019, 12:08           
Model ona yazdığı erotik mesajları yaydı, Misir millisindən qovuldu - Fotolar
Misir millisi skandalla qarşı-qarşıya qalıb.
"Yeni Sabah" xarici KİV-ə istinadən bildirir ki, Məhəmməd Salahın yaxın dostu, gənc futbolçu Əmr Varda milli komandanın heyətindən çıxarılıb. Buna səbəb onun ingilis model Merhan Kellerlə erotik yazışmalarının yayılması olub. Mesajları Keller öz hesabında paylaşaraq futbolçunu ifşa edib, onu narahat etdiyini bildirib.

Vardanın "İnstagram"da göndərdiyi mesajları və videoları "Tvitter"də paylaşan model böyük skandal yaradıb. Hadisə Misirdə sensasiya doğurub. Üstəlik, modelin paylaşımlarından sonra bir neçə qadın modelə yazaraq futbolçunun onlara da bu cür mesajları atdığını bildiriblər.

Misir Futbol Federasiyasi gənc oyunçunun millidən çıxarılması qərarını alıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.