"İran pop-musiqisinin erməni kralı" və ya Azərbaycan musiqisinə divan tutanlar...

27-06-2019, 17:06           
"İran pop-musiqisinin erməni kralı" və ya Azərbaycan musiqisinə divan tutanlar...
Hollivudda yerləşən və dünyada məşhur , "Ulduzların şöhrət xiyabanı" adlandırılan bulvarda 2020-ci ildə kimlərin ulduz adlarının həkk olunacağı siyahı açıqlanıb.
Open.az rus mətbuatına istinadən xəbər verir ki, nominatlarının adları olan siyahıda İranın erməni əsilli müğənnisi, "İran pop-musiqisinin erməni kralı" adlandırılan Andi təxəllüslü Andranik Mədətyanın da adı var.
Erməni müğənnisinin adı və onun şərəfinə yaradılacaq ulduz Hollivudun "Şöhrət Xiyabanı"nda həkk olunacaq.
Andranik Mədətyan hazırda ABŞ-da yaşayan erməni mənşəli İran müğənnisidir. Onu onilliyin ən yaxşı İran müğənnisi hesab ediblər.
Hazırda Özbəkistanda qastrolda olan Andi Mədətyan özbək televiziyasının şou proqramlarından birində qonaq olub.
Qeyd edək ki, 1958-ci ildə İranın Tehran şəhərində anadan olan Andranik Mədətyan fars, erməni, ingilis, ispan, ərəb, hindi və ingilis dillərində mükəmməl danışa bilir. Karyerasında 15 albom çıxaran Andranik Mədətyanın albomları İranda qadağan olunmasına baxmayaraq piratlar tərəfindən satılır.
Hazırda ABŞ ölkəsinin Kaliforniya ştatının Los-Anceles şəhərinin erməni rayonunda yaşayan Andranik Mədətyan mahnılarını əsasən fars dilində ifa etsə də, erməni xislətinə sadiq qalaraq, Azərbaycan musiqiləri və notlarını oğurlamaqda çox "mahirdir".
Bütün dünyada fars mahnıları oxumaqla məşhur olan müğənninin musiqilərinin kökündə Azərbaycan notları gizlənir.
Nahaq yerə A.Mədətyanı "Farsların Elvis Preslisi" "Şahzadə"si, "Kralı" adlandırmırlar ki?!...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.