“Safura indi oxusaydı...” - Aygün Kazımova

2-07-2019, 21:15           
“Safura indi oxusaydı...” - Aygün Kazımova
Xalq artisti Aygün Kazımova rusiyalı həmkarı Filipp Kirkorovla oxuyacağı duetdən bəhs edib.
Teref.az-ın məlumatına görə, müğənni bildirib ki, "Jara" beynəlxalq musiqi festivalı çərçivəsində reallaşacaq şou artıq hazırdır.

Mahnının adını gizli saxlayan Kazımova "Zaurla Günaydın" verilişində festivaldan sonra da Kirkorovla işbirliklərinin davam edəcəyini söyləyib:

"Kremldəki konsertlə bağlı təklif gələndə, hansı tarixə baxdılar, dedim yox. Noyabrda olmalı idi, razılaşmadım. Yanvarda bircə gün var idi, onu götürdüm. İllər keçdi başa düşdüm ki, unudulmaz gecə imiş. O vaxt duet təklifi Filippdən gəlmişdi. Məşhur bir mahnını oxuyacağıq. Amma ondan sonra başlayıb duetlər seçəcəyik".

A.Kazımova gənc ifaçılardan bəhs edib və bildirib ki, onlara hər zaman dəstək olur:

"Yeni ulduz" zamanı çalışırdım müğənnilər seçək, onları irəli çəkək. Çingiz, İlhamə, Safuranın birinci olması üçün necə çalışırdım, elə bilirdim özüməm. Safurənin gələcəyinə çox inanırdım. İndi oxumur, ailə qurdu. Sənətdə olsaydı, öndə gedəcək sənətçilərdən olardı".

Qeyd edək ki, "Jara" festivalı iyulun 25-dən 28-nə kimi Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçiriləcək. Aygün və Filipp iyulun 25-də səhnəyə çıxacaq.

Axşam.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.