Günay bütün qızıllarını taxıb hovuza girdi

4-07-2019, 08:52           
Günay bütün qızıllarını taxıb hovuza girdi
Müğənni Günay İbrahimli həmkarı Üzeyir Mehtizadənin bəstəsi olan "Birini taparsan" adlı yeni mahnısını təqdim edib.
Onun mahnısından çox çəkdirdiyi yeni fotosu müzakirələrə səbəb olub. Hovuzda lentə alınan şəkildə Günay qollarına, boynuna çoxlu zinət əşyası taxıb.

Sosial şəbəkə istifadəçiləri isə ifaçının ünvanına yüzlərlə tənqidi şərhlər yazıblar. Onlar İbrahimliyə "Evdə, qonşuda qızıl qalmayıb. Bütün qızıllarını taxıb, hovuza girib" sözlərini ünvanlayıblar.

Bir çox istifadəçi isə Günaya bu cür mahnını yaraşdırmadığını bildirib. Onlar müğənninin əvvəlki mahnılarının daha yaxşı olduğunu vurğulayıblar.

Axşam.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.