"O, Alışanovdan qalmış iyrənc halları aradan qaldırmalı, onun zibillərini də təmizləməlidir"

6-07-2019, 23:24           
"O, Alışanovdan qalmış iyrənc halları aradan qaldırmalı, onun zibillərini də təmizləməlidir"
Tanınmış təhsil eksperti Etibar Əliyevin ölkə telekanallarının mövcudu durumu haqqındakı statusu qalmaqala səbəb olmasa da maraqlı müzakirələrə rəvac verib. Belə ki, televizionçu Halid Niyazovun keçmiş AzTV sədri Arif Alışanova qahmar çıxmasına televiziya tənqidçisi professor Qulu Məhərrəmli maraqlı cavab verib.

Beləliklə, ilkin olaraq E. Əliyevin istinad etməsə də bir neçə gün öncə Baba Vəziroğlunun Moderator.az-da getmiş açıqlamasından götürdüyü hissəyə (Baba müəllimin açıqlaması bu linkdə-http://www.moderator.az/news/277563.html) ironiyalı şərhini, ardından isə Halid Niyazov və Qulu Məhərrəmlinin fikirlərini olduğu kimi təqdim edirik:

Etibar Əliyev:

"Baba, sən də!?
Baba Vəziroğlu: "Bəzən cavan dostumuz Rövşən Məmmədova acıyıram, çünki o, sökülüb, dağılmaqda olan bir mexanizmi təhvil götürüb. Bəlkə də bir az da gec olsaydı, biz televiziyaların xarabalıqlarını görərdik."
"Brut, sən də...!?" Eh, çaşdım... "Baba, sən də!?"
Başqa sözlə, Arif Alışanov rəhbər olanda harda gizlənmişdiniz?"

Halid Niyazov:

“Gedene tepik, gelene çepik” bu milletin qaninda, iliyinde, hüceyresindedir de..!
Ališanov bu sistemin adami oldugu üçün bezi neqativleri özünde ümumilešdirmesi normaldi. Pešekar jurnalist deyildi, amma pešekar televizyonçu idi.
AzTv çöreyi yeyenler sussa da, bir tamašaçi kimi deyim ki, Al-un vaxtında TV dagilmayib, eksine, daha da inkišaf edib, maddi-texniki bazasi bir xeyli güclenib.
Guya indi halina acidigi hardan gelib-Aydan, ulduzdan?! Al-un getirib, öyredib merekeye çixartdiqlaridir da!..
Yox, belke az-çox ne deyišibse onu evlerinden getiribler?!
Indi o Babadan, neneden, emi-dayidan sorušasan ki, yaxši, bu öten müddet erzinde ne deyišib, bašlayacaqlar vaizliye.
Forma ile yanaši mezmun da deyišmelidir, adam! Kemiyyetin yaninda bir keyfiyyet de olmalidir. Rus kanallarindan formati kopyalamaq mumkündür, amma pešekarligi deyil.
Illah da bazi adamlari qoyasan yemeye-içmeye yalakaliq eleye, šair Mošu demišken, onun-bunu šenine “poema guppuldada”.
Buyuq da..!

Qulu Məhərrəmli:

"Mətbuat yazmışkən, AzTV-ni hər cəhətdən bərbad günə salmış Arif Alışanov kimi büdcə oğrusuna, feodal düşüncə sahibinə və kriminal elementə “peşəkar televiziyonçu” ((H.Niyazov) demək doğru deyildir. Məncə, Alışanov peşəkar maliyyə maxinatoru idi. Dövlətin AzTV-nin maddi-texniki bazasını möhkəmlətmək üçün ayırdığı vəsait Alışanovun iştahı ucbatından ünvanına çatmayıb. Ona görə də AzTV hələ də DV CAM - kasetli kamera ilə çəkir, əməkdaşlar veriliş montajı üçün növbəyə dayanır, redaksiyalar səyyar çəkilişə çətinliklə kamera tapırlar... Bəs dövlətin ayırdığı pullar hara, kimlərin cibinə gedib? Bunu kimsə keçmiş buxalter-sədrdən soruşacaqmı?
Bəli, indi sədr əvəzi R.Məmmədov üçün müəyyən çətinliklər vardır. O, bir çox strateji məs-ri həll etməklə yanaşı, Alışanovdan qalmış iyrənc halları aradan qaldırmalı, onun zibillərini də təmizləməlidir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.