"Zülmət kraliçası": Ancelona Coli baş rolda... - Video

10-07-2019, 08:20           
"Zülmət kraliçası": Ancelona Coli baş rolda... - Video
“Disney” şirkəti “Malesifenta: Zülmət kraliçası” filminin rəsmi treylerini təqdim edib. Birinci filmdə olduğu kimi, bu filmdə də baş rolda Ancelina Coli çəkilib.

Kult.az xəbər verir ki, video kinoşirkətin Yutub kanalındakı rəsmi səhifəsində nümayiş etdirilib.

Filmdə hadisələr “Malefisenta” filminin finalından bir neçə il sonra cərəyan edir. Xatırladaq ki, birinci filmdə şahzadə Avropa cadugər tərəfindən ovsunlanmışdı.

“Disney”in məlumatında deyilir: “Malesifenta: Zülmət kraliçası” filminin süjet xətti cadugər pəri ilə gələcək kraliçanın mürəkkəb münasibətləri üzərində qurulub. Tamaşaçıları sehrli meşənin və burada yaşayan qəribə varlıqların müdafiəsi işində xeyir və şər qüvvələr arasında gərgin mübarizə gözləyir”.

Filmdə Ancelina Coli ilə bərabər, El Fanninq və Mişel Pfayffer çəkiliblər.

Filmin ekranlara çıxması oktyabr ayına nəzərdə tutulub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.