Məşhur modeldən iyrənc əməl - “Azyaşlı qızını...” /Foto

13-07-2019, 07:37           
Məşhur modeldən iyrənc əməl - “Azyaşlı qızını...” /Foto
Azyaşlı qızı ilə çimərlik geyimində foto çəkdirən türk model Dəniz Akkaya kəskin tənqidlərə məruz qalıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin məşhur köşə yazarı Cengiz Semercioğlu məşhur modelin kamera qarşısında poza verməsinə etiraz edib.

Semercioğlu “Bu qədər bəsdir, Dəniz” adlı yazısında qeyd edib:

“Dəniz Akkaya bir müddətdir 9 yaşlı qızı Ayşə ilə çimərlik geyimindəki fotolarını sosial şəbəkədə paylaşır. Ana-qız bir çimərlik geyimi firması üçün modelliklə məşğuldur. Bu yaşda bir uşağın işi çimərlik geyimi modelliyi ola bilməz. Bəlkə Ayşə 30 yaşında bir elm adamı olacaq və bu fotolara görə səni heç vaxt bağışlamayacaq”.

Semercioğlunun yazısına Dəniz Akkayadan cavab gecikməyib.

Sosial şəbəkədə verən Dəniz bildirib: “Çox yanlış daşa ilişdin. Gördüyün biabırçı işlərlə, rüşvətlə aldığın evlərlə sən də övladların üçün “idel ata”san. Sən bu ölkədə əxlaqdan danışacaq ən axırıncı adamsan”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.