İlhamə ilə Elzanın 1 milyonluq davası sona çatdı – "Onu bağışladım"

18-11-2015, 15:30           
İlhamə ilə Elzanın 1 milyonluq davası sona çatdı – "Onu bağışladım"
Xalq artisti İlhamə Quliyeva əməkdar artist Elza Seyidcahana qarşı açdığı təzminat davasını geri götürüb.

Bu barədə aznews.az-a İ.Quliyevanın özü məlumat verib. O, qeyd edib ki, bu addımı E.Seyidcahana yazığı gəldiyi üçün atıb: “Ona heç nə etməyəcəyəm. Onsuz da yazıqdır. Onu məhkəməyə verməyəcəyəm. Qoy nə istəyir, ağlına nə gəlir danışsın. Ona açdığım davada sona kimi getsəm, E.Seyidcahan da o birilərinin aqibətini yaşayar. Onu bağışladım. Deputat da ola bilmədi, bəlkə bundan sonra ağlı başına gələr”.

İ.Quliyeva həmçinin qeyd edib ki, bununla bağlı E.Seyidcahana heç bir məlumat verməyib.

Qeyd edək ki, İ.Quliyeva E.Seyidcahana qarşı qaldırdığı iddia ərizəsində həmkarına 1 milyon təzminat davası açdığını bildirmişdi. Buna səbəb E.Seyidcahanın onun ünvanına “Mən Şöhrət ordenli "şərəfsiz" olmayacağam" – ifadəsini işlətməsi idi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.