Rövşən Məmmədov şöbə müdirini vəzifəsindən azad etdi

14-08-2019, 12:33           
Rövşən Məmmədov şöbə müdirini vəzifəsindən azad etdi
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr dəyişiklikləri davam edir.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, AzTV-nin sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov şirkətin Maliyyə və iqtisadiyyat şöbəsinin rəisi Natiq Kərimovu tutduğu vəzifədən azad edib.
Onun yerinə Elmar Əliyev təyin olunub.
Onu da nəzərə çatdıraq ki, işdən çıxarılan şöbə rəisi Natiq Kərimovu bir müddət əvvəl bu vəzifəyə Rövşən Məmmədov özü təyin etmişdi.
Teleşirkətin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirib ki, N. Kərimov AzTV-yə gələn zaman onunla 6 aylıq müqavilə bağlanıb: “Bu müddət ərzində o maliyyə məsələlərində AzTV-yə kömək etməli idi. Müddət başa çatıb və öz xahişi ilə tutduğu vəzifədən azad olunub.
Bu müddət ərzində Natiq müellim maliyyə məsələsində şəffaf sistemin təmin olunmasında bizə yaxından kömək etdi”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.