Mətanət Əsədova məşhur falçı ilə görüntülərindən danışdı: "Yaxşı edib oxumuşam" - VİDEO -YENILƏNIB

19-08-2019, 12:56           
Mətanət Əsədova məşhur falçı ilə görüntülərindən danışdı: "Yaxşı edib oxumuşam" - VİDEO -YENILƏNIB
"O videoda nə var?! Yaxşı edib oxumuşam, mənim işim oxumaqdır. Ev yıxmıram, cadu etmirəm". Bu sözlər baxıcı Molla Məmmədsəfa ilə görüntüləri yayılan Mətanət Əsədovaya məxsusdur.

Müğənni BAKU.WS-ə açıqlamasında, sözügedən videonun yayılmasından qətiyyən narahat olmadığını bildirdi:

"Hə, nə olsun ki, görüntülər yayılıb? O kişinin yanına müalicə üçün getmişəm. Allah köməyi olsun, müalicəsinin xeyirini görmüşəm, qabağında oxudum. Kim nə istəyir yazsın, kim nə istəyir desin. Vəssalam!"

***10:30:07

Müğənni Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi məşhur olan Molla Məmmədsəfanın qəbuluna gedib.

BAKU.WS-in əldə etdiyi görüntülərdə Məmmədsəfanı döşəyin üstündə yayxanmış vəziyyətdə, Əsədovanı isə onun ayaqları altında bardaş qurduğunu görürük.

İfaçı ilə falçı arasındakı dialoqu təqdim edirik:
Məmmədsəfa: - Min dərd var, məndə min beş yüz dərman var. Bir dəfə də oxu, get!

Mətanət Əsədova: - Hə, oxuyum, sonra baxarsan da.

- Orada, o o...ların yanında necə oxuyurdun, mənimçün də elə oxu.

- Nə oxuyum səninçün? Mahnı, yoxsa muğam?

- Muğam.

Qeyd edək ki, Azərbaycan şou biznesinin məşhur "ulduzları" Məmmədsəfanın daimi müştəriləridir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.