Silvester Stallone son "Rembo" filminin yeni treylerini nümayiş etdirib - VİDEO - FOTO

21-08-2019, 03:16           
Silvester Stallone son "Rembo" filminin yeni treylerini nümayiş etdirib - VİDEO - FOTO
Məşhur Amerika aktyoru, rejissor və prodüsser Silvester Stallone "Rembo: Son qan" filminin yeni treylerini nümayiş etdirib.

"Report" xəbər verir ki, aktyor treyleri özünün "İnstagram" səhifəsində paylaşıb.

Qeyd edilir ki, film bu il sentyabrın 20-də ekranlara çıxacaq.

Stallonenin paylaşdığı çarxda 1980-ci illərdə ekranlara çıxan "Rembo: Birinci qan 2" filmindən istinadlar da var. Çarxa əsasən, qəhrəman "Rembo" film epopeyasının son hissəsində yenidən qisas yoluna qalxacaq.

Qeyd edək ki, Silvestr Stallone "Rembo V: Sonuncu qan" filmini təqdim etmək üçün 72-ci Kann kinofestivalına gəlmək niyyətindədir.

Vyetnam müharibəsi veteranı Con Rembo haqqında növbəti filmin çəkilişləri bir neçə aydır başa çatıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.