"Ruhun şad olsun, oğul" - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı

21-08-2019, 13:03           
"Ruhun şad olsun, oğul" - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı
Xalq artisti Flora Kərimova bu gün meyiti tapılan MiQ-29 qırıcısının pilotu Rəşad Atakişiyev haqqında status yazıb.

O, Azərbaycanın Rəşadla fəxr etdiyini qeyd edib və Vətənə başsağlığı verib:

"İndi rahat uyu oğul! Səni Xəzər lay-lay deyib çağladı, xidmətində olduğun Vətən torpağı sənin qoynunda uyuyacaq. Sevənlərin səni görmək üçün gələcəkləri, hər vətəndaşa nəsib olmayan vətəndaşın var. Ruhun şad olsun oğul!"

İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları bu gün tapılaraq dənizdən çıxarılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.