Kamil Zeynallıya ağır cavab - “Namusdan danışanlar..."

28-08-2019, 17:53           
Kamil Zeynallıya ağır cavab - “Namusdan danışanlar..."
Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə idmançı Kamil Zeynallının gözəllik salonlarında işləyən qadınları təhqir etməsinə münasibət bildirdi.
Sədr AzNews.az-a açıqlamasında dedi ki, Kamil Zeynallının bu fikri gözəllik salonlarında işləyən qadınlara qarşı təhqirdir:
“İdman klubların birində işləyən deyir ki, Azərbaycandakı qadın salonlarında işləyənlər yüngül həyat tərzi sürənlərdir. Nəyə görə, qadınlar haqqında bu cür alcaldıcı fikirlər səsləndirib, çəmiyyətə mesajlar verirlər? Gözəllik salonlarında nə qədər analarımız, bacılarımız, halal zəhməti ilə işləyən qadınlarımız var. Demək ki, həmin adamlar qadınları belə görmək istəyir. Adətən namusdan, qeyrətdən danışmaq istəyənlər təəssüf ki, bundan uzaq olanlardır”.
Qeyd edək ki, bir neçə gün öncə, idmançı Kamil Zeynallı gözəllik salonunda işləyənləri təhqir edib. O, sosial səhifəsində "Qadın salonlarında işləyənlərin 90%-i məlum məsələdir. Məsəli yaxşılardan uzaq. Adama deyərlər ki, ay qadın salonunda işləyən fahişələr, gedin öz gəzməklərinizdən danışın, niyə onun-bunun söhbətini edirsiniz? Özünüz ayda altı-yeddi oğlan dəyişir, gündə birinə nömrə verirsiniz" sözlərini yazıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.