Azərbaycanlı rəqqaslar Türkiyədə oturacaqlarda yatmalı oldu - Festivalda skandal

29-08-2019, 22:20           
Azərbaycanlı rəqqaslar Türkiyədə oturacaqlarda yatmalı oldu - Festivalda skandal
Türkiyənin Antalya şəhərində keçirilən V Beynəlxalq Folklor Festivalında iştirak edən Azərbaycanın folklor rəqs qrupunun üzvləri çətin anlar yaşayıblar.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, Kəpəz Bələdiyyəsinin təşkilatçılığı ilə bir çox ölkənin iştirak etdiyi festivala qatılan rəqqaslarımıza oteldə yer tapılmayıb.
Azərbaycan iştirakçıları ilk gecəni oteldə yox, Ərdəm Bəyazit Mədəniyyət Mərkəzində keçiriblər. Mədəniyyət Mərkəzində 1 gecə qonaqlayan vətəndaşlarımız yerlərdə və oturacaqlarda yatıblar.
Baş verənlərə səbəb kimi, folklor rəqs qrupunun Antalyaya təyin olunan vaxtdan 1 gün öncə gəlmələri göstərilib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.