"Hesab edirlər ki, əsl azərbaycanlı rusdilli olmalıdır"

4-09-2019, 12:35           
"Hesab edirlər ki, əsl azərbaycanlı rusdilli olmalıdır"
Burada da səni sevməyənlər özünə rəqib görürlər səni?

Bu sualla "Hər şey daxil"in çəkilişi üçün ABŞ-a gedən aparıcı Tarix Əliyev (Tolik) 10 ildir okeanın o tayında yaşayan Günel Musəviyə müraciət edib.

Günel suala cavabı zamanı etdiyi açıqlama ilə məəttəl qoyub:

"Var! Misal üçün, mən Minnesotada Azərbaycan təşkilatı yaradanda ətrafımda olan bir-iki azərbaycanlı mənə qarşı çıxdılar ki, bəs niyə yaradırsan. Biz özümüz dolanırdıq, bəsdir. Bir də burada separatist taktikası yürüdürdülər. Sırf rusdilli azərbaycanlılar idi onlar. Azərbaycan dilində danışanları dəvət etmirdilər məclislərə. O azərbaycanlılar 1990-cı ilin əvvəli, axırı, 2000-ci ilin əvvəli gəliblər. Bu illərdə ölkəmizdə Azərbaycan dilinin təbliği güclənəndə onlar qaçıb gəliblər Amerikaya yerləşiblər və hesab edirlər ki, əsl azərbaycanlı rusdilli olmalıdır".

milli.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.