AzTV-də daha bir təyinat

5-09-2019, 11:04           
AzTV-də daha bir təyinat
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Qazaxıstan və Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri vəzifəsinə yeni təyinat olub.

Konkret.az xəbər verir ki, daha əvvəl İctimai Televiziyanın Orta Asiya ölkələri üzrə bürosuna rəhbərlik etmiş Füzuli Məcidli AzTV-nin müxbir məntəqəsinin rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Fadil Paşayev öz ərizəsilə Qazaxıstan və Mərkəzi Asiya postundan çıxaraq AzTV-də “Xəbərlər”in baş redaktor müavini kimi, daha sonra sosial media və ictimaiyyətlə əlaqələr şöbəsində redaktor kimi çalışıb. Avqust ayından etibarən öz ərizəsilə AzTV-dən uzaqlaşıb. Onu yerinə təyin olunan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq, jurnalist Füzuli Məcidli 2013-cü ildən baş qərargahı Kanadanın Monreal şəhərində yerləşən Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının (International Political Science Association) üzvüdür. 2016-cı ildən qərargahı Qazaxıstanın Nursultan şəhərində yerləşən Türk Akademiyası Beynəlxalq Təşkilatı (TWESCO) prezidentinin müşaviridir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.