"Bəzən özəl kanallarımızı da qınamalı deyil, onlar da reklama işləyirlər"

10-09-2019, 09:00           
"Bəzən özəl kanallarımızı da qınamalı deyil, onlar da reklama işləyirlər"
“Doğrusu televiziya ekranlarında tez-tez görünən adam olduğum üçün onları çox qınayıb mənə qarşı olan münasibətlərini dəyişmək istəmirəm”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Baloğlan Əşrəfov televiziya kanallarımızdakı bəzi bayağı verilişlər haqda danışarkən deyib. B.Əşrəfov daha çox futbol oyunlarını izlədiyini deyib:

“Doğrusu, mən televiziya ekranlarında tez-tez görünən adam olduğum üçün onları çox qınayıb mənə qarşı olan münasibətlərini dəyişmək istəmirəm. İdmana daha çox maraq göstərdiyim üçün futbol oyunlarını izləyirəm. Bizdə futbol oyunlarının mənasız yerlərinin təkrar yayımlanması isə məni qane etmir. Qaldı ki, maraqlı tamaşa və proqramlarımız da var. Elə məsələlər var ki, bunun səbəblərini telekanal rəhbərliyi özü də bilir”.

Əməkdar artist veriliş zamanı bir müğənni oxuyarkən digərinin başqasıyla deyib gülməsinin yolverilməz olduğunu deyib:

“Televiziyadan insanlar nəsə öyrənməlidir, maariflənməlidir. Kimsə orda əsnəyib ağzını iki metr açırsa, biri oxuyanda digəri söhbət edib, laqqırtı vurursa, bunun həmişə əleyhinəyəm. Əgər mən oxuyuramsa, sən mənə qulaq asmalısan, fərqi yoxdur canlı və ya fanaqrama oxuyuram. Kimsə efirdə makiyaj edirsə, yemək bişirirsə, demək veriliş formatı da budur. Bəzən özəl kanallarımızı da qınamalı deyil, onlar da reklama işləyirlər. Mənə elə gəlir ki, televiziyalarımızda yaxşı verilişlər çoxdur və diqqətlə baxıb onları ayırd etmək olar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.