Jurnalist məhkəməyə gəlmədi, Flora Kərimova qəzəbləndi: “Gözünün içinə qədər yalan deyir”

10-09-2019, 12:07           
Jurnalist məhkəməyə gəlmədi, Flora Kərimova qəzəbləndi: “Gözünün içinə qədər yalan deyir”
Xəbər verdiyimiz kimi xalq artisti Flora Kərimova jurnalist Ülviyyə Alovlunu məhkəməyə verib.
Dünən Binəqədi Rayon Məhkəməsində Flora Kərimovanın təhqir və böhtanla bağlı Muradova Ülviyyə Niyaz qızına (Ülviyyə Alovlu) qarşı xüsusi ittiham qaydasında verilmiş şikayətinə əsasən keçirilməli olan məhkəmə iclası növbəti dəfə baş tutmayıb.
“Yeni Sabah” xəbər verir ki, Flora Kərimova məhkəmədə olsa da, Ülviyyə Alovlu dünənki məhkəmə prosesinə də gəlməyib. Jurnalistə zəng edilərək gəlməməyinin səbəbi soruşulub. Ü.Alovlu məhkəmə çağırışlarının ona çatmadığını bildirib. Məhkəmə yenidən təxirə salınaraq sentyabrın 16-na təyin edilib.
F.Kərimova isə jurnalistin yalan dediyini, heç növbəti məhkəməyə də gələcəyinə inanmadığını bildirib:
“Gözünün içinə qədər yalan deyir, məhkəmənin saatına qədər yazılmışdı ona, sadəcə uzadır, gəlmir. Deyəsən, ayın 16-ı da gəlməyəcək, vəkilini göndərəcək. Vaxtı uzadır ki, nə isə olsun. Amma o, elə qələt etməyib ki, nə isə etmək olsun”.
Xatırladaq ki, tərəflər arasında qalmaqala Flora Kərimovanın videosu yayılan üç qız barədə “Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə şillə kimi bu videonu çırpacaqlar ki, sənin "qadının" budur, sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur?!”, - deyə fikir bildirməsi və jurnalist Ülviyyə Alovlunun bu sözlərə sərt reaksiyası verməsi səbəb olub.
İlk məhkəmə iclası sentyabrın 2-nə təyin edilmiş, Ü.Alovlu gəlmədiyi üçün təxirə salınmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.