Manafdan bakirəliklə bağlı qalmaqallı açıqlamalar: “Yengə lazım deyil” - Video

13-09-2019, 12:15           
Manafdan bakirəliklə bağlı qalmaqallı açıqlamalar: “Yengə lazım deyil” - Video
“Qız evlənmədən bakirə deyilsə, mən həmin xanımı evimə gətirmərəm” – Bu sözləri müğənni Manaf Ağayev APA TV-nin “Tahirə ilə gecə söhbətləri” adlı verilişində qonaq olarkən söyləyib.
“Yeni Sabah” xəbər verir ki, adət-ənənə mövzusunda müzakirələrə qoşulan ifaçı bəzi adətlərin yersiz olduğunu bildirib:

"Elə adət-ənənələrimiz var ki, bizə yaraşmaz. Yengə lazım deyil. Burada çox şey var, efirdə demək olmur. Onun çox biabırçı izahını verərdim... Bunlar bir-birlərini sevib evləniblərsə, onun orada gözləməsinə nə ehtiyac var?

Qız evlənmədən bakirə deyilsə, mən həmin xanımı evimə gətirmərəm. Amma həyat yoldaşı rəhmətə gedibsə, xasiyyətləri uyğun gəlməyib ayrılıbsa, problem yoxdur. Təki oğlum sevsin, qəbulumdur. Cəmiyyət indi dəyişib, belə şeylərə pis baxmır”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.