"Öz istəyimlə işdən çıxmışam"

17-09-2019, 10:19           
"Öz istəyimlə işdən çıxmışam"
Xalq artistləri Ağakişi Kazımov, Azər Zeynalov, Valeh Kərimov, Ötkəm İsgəndərov, Nadir Xasıyev və ümumilikdə 30 müəllimin Mədəniyyət və İncəsənət Universitetindən qovulması barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, müəllimlər incidilib və öz ərizələri ilə universitetdən getməyə məcbur edilib.
Məlumatı dəqiqləşdirmək üçün adı çəkilən şəxslərlə əlaqə saxladıq.
Xalq artisti Azər Zeynalov Kult.az-a açıqlamasında məlumatı təkzib edib. O, universitetlə bağlı heç bir problem yaşanmadığını bildirib:
“Öz istəyimlə işdən çıxmışam. Təxminən 3 il əvvəl işdən çıxdım, çünki Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi yeni kafedra yaradırdı, məni kafedra rəhbəri kimi işə dəvət etmişdi. Mən də öz istəyimlə universitetdən ayrılıb, Konservatoriyada çalışmağa başladım”.
Xalq artisti Ötkəm İsgəndərov da yayılan informasiyanın həqiqətə uyğun olmadığını deyib:
“Artıq 4 ildir ki, Mədəniyyət və İncəsənət Universitetindən çıxmışam. Universitetlə heç bir problem yaşanmayıb”.
Xalq artisti Ağakişi Kazımovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.
Qeyd edək ki, bu barədə ilkin informasiyanı BakPost yayıb.
Mədəniyyət və İncəsənət Universiteti də “Yeni Müsavat”a mətbuatda yayılan xəbərin təkzib edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.