Cavanşir Flora Kərimova “Nəslimizin ağbirçəyidir”

25-11-2015, 20:07           
Cavanşir Flora Kərimova “Nəslimizin ağbirçəyidir”
Əməkdar artist Cavanşir Məmmədov bibisi qızı, xalq artisti Flora Kərimovadan danışıb.

Millixəbər.az xəbər verir ki, müğənni “Ondan sonra” verilişində F.Kərimova ilə aralarındakı incikliyə aydınlıq gətirib:

“Hər sözü böyütmək düzgün deyil. Hamımız bu dünyada qonağıq. Ömrümüzün çox hissəsini yaşamışıq. Xalq bizə baxır və suallar verir. Mehriban olmalıyıq. Bizim onunla aramızda bir dava yoxdur. Böyük böyükdür. Bizim ailənin, nəslin ağbirçəyidir və böyük sənətkardır. Mən onun yanında böyüyən uşaq olmuşam. Heç vaxt davaya yol vermərəm. Səhv də olsa, düz də olsa o böyükdür. Bizim böyük sənətkarlarımız az qalıb: Zeynəb Xanlarova, Flora Kərimova, İlhamə Quliyeva. Flora xanım çox ifaçıya kömək edib. Heç kimin bu üç sənətkara nəsə deməyə haqqı yoxdur. Biz onları qorumalıyıq. Mən heç kimi ittiham edə bilmərəm. Sənətkarlar məni ittiham edə bilər. Arada söz gəzdirənlər olur. Bunlara imkan verməməyə çalışıram”. (Axşam.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.