Anasına gələn sevgi mesajını atasına göstərdi - Video

21-09-2019, 10:00           
Anasına gələn sevgi mesajını atasına göstərdi - Video
Ana mesajın ona deyil, qızına gəldiyini, qız isə anasına gəldiyini iddia edib
Ötən gün ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində maraqlı anlar yaşanıb.

Verilişə Ucar rayonundan Əntiqə adlı qadın övladları üçün verilişə müraciət edib. Qadın ərindən boşandığını, lakin keçmiş ərinin uşaqları onun əlindən aldığını bildirib. Verilişə gətirilən qızlar isə analarından imtina ediblər. Böyük qız anasının başqa kişi ilə mesajlaşdığını bildirib. Hətta anasının telefonuna gələn mesajı atasına şəxsən göstərib.

Qadın isə o mesajın qızına gəldiyini söyləyib. Bildirib ki, ev sahibinin oğlu ilə qızının sevgi münasibətləri saxlamasından şübhələnib. Həmin mesajın isə o, oğlandan qızına gəldiyini bildirib və ona böhtan atıldığını idda edib. 15 yaşlı Səidəxanım isə mesajların ona yox, anasına gəldiyini söyləyib.

Bir müddət sonra isə efirə məktəblinin sinf yoldaşı qoşulub. O da Səidəxanımın ev sahibin oğlunu sevdiyini söyləyib.

Ekspertlər ailəni barışdırmaq istəsə də buna nail ola bilməyib. Ana mesajın ona deyil, qızına gəldiyini, qız isə anasına gəldiyini iddia edib.

Verilişdən sözügedən görüntüləri sizə təqdim edirik:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.