"Məni dostluqdan çıxaran Sevil Nuriyevaya yenidən dostluq göndərəcəm" -Rəşad Məcid

25-11-2015, 21:05           
"Məni dostluqdan çıxaran Sevil Nuriyevaya yenidən dostluq göndərəcəm" -Rəşad Məcid
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Türkiyənin hava sərhəddini pozduğuna görə Rusiyaya məxsus "SU 24" tipli təyyarəni vurmasından sonra verdiyi "Türkiyə Rusiyadan üzr istəməlidir" açıqlamasına verilən sərt reaksiyalara münasibət bildirib.

Baş redaktor ökə.az-a açıqlamasında qeyd edib ki, əslində, sözügedən fikirləri Türkiyəni sevdiyi üçün səsləndirib:

"Türkiyəni heç də məni qınayanlardan az sevmirəm və o fikirləri də Türkiyəyə sevgimdən demişəm. Bir az soyuqqanlı olmaq lazımdır. Açıqlamama münasibət bildirənlərin içərisində səmimiləri də var, rol oynayanları da, hadisələrdən yararlanıb özlərini təsdiqləməyə çalışanlar da. Amma bu fikirləri səsləndirməyim səbəbsiz deyil. Son yüzilliklər ərzində ilk dəfə idi ki, Rusiya-Türkiyə münasibətləri belə normallaşırdı. Belə bir dönəmdə bir təyyarənin bir kilometr sərhəddi pozmasına görə vurulmasını və iki dövlət arasında münasibətlərin belə gərginləşməsini istəmirəm. Çünki regiondakı münaqişələrin həllində əsas rolu Türkiyə-Rusiya birliyi, əməkdaşlığı oynaya bilər. Bunu türkçü və ruspərəst dostlarıma bəyan edirəm".

Rəşad Məcid sözügedən açıqlamadan sonra hazırda Türkiyədə yaşayan tanınmış telejurnalist Sevil Nuriyevanın onun sosial şəbəkədə dostluqdan çıxarmasına münasibət bildirib:

"Sevil Nuriyevaya sonsuz hörmətim var, aşırı dərəcədə vətənpərvər, türkçü olduğunu bilirəm, uzun müddətdir Türkiyədə yaşayır. Çoxdandır salamlaşmasaq da, sosial şəbəkədəki fəaliyyətlərimizlə tanışıq. Sevil xanımın həqiqi vətənpərvər və türkçü olduğunu bilirəm. Elə bilirəm ki, emosiyaları sakitləşəndən sonra dostluğumuzu bərpa edəcəyik. Axtardım ki, yenidən dostluq göndərim amma tapmadım. Təki Azərbaycanda Sevil Nuriyeva kimi çoxlu səviyyəli qadınlar olsun. Hirslənib deyir də. O da mənə qəzəbini, nifrətini belə bildirir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.