Almaniyada 186-cı pivə festivalı – “Oktoberfest” in açılışı olub

22-09-2019, 09:10           
Almaniyada 186-cı pivə festivalı – “Oktoberfest” in açılışı olub
Almaniyada dünyann ən böyük festivallarından olan “Oktoberfest”in 186-cı açlış mərasimi baş tutub. AzEuroNews.com xəbər verir ki, Bavariya əyalətinin Münhen şəhərində ənənəvi olaraq keçirilən pivə festivalına marağın bu il də böyük olacağı gözlənilir.

Festivala ev sahibliyi edən Münhen şəhər bələdiyyəsindən verilən açıqlamaya görə, hər il təxminən 6 milyon yerli və əcnəbi turist “Oktoberfest”ə gəlir. 1985-ci ildə 7,1 milyon ziyarətçi sayı ilə festival rekord qırıb.

Festivalın keçirildiyi ərazi təxminən 50 futbol stadionu sahəsinin cəmi qədər, 34,5 hektardır.

“Oktoberfest”də 8 min daimi, 5 min növbəli sistemlə çalışan 13 min işçi qonaqlara xidmət edir.

Festivalın yerləşdiyi ərazidə ən böyük pivə bağçası 10 min stula sahib “Hofbräuzelt”-dir.

Məlumat üçün qeyd edək ki, “Oktoberfest” – Almaniyanın Bavariya əyalətinin Münhen şəhərində hər il ənənəvi formada keçirilən pivə festivalıdır. “Oktoberfest” bayramı sentyabr ayının sonlarına yaxın oktyabr ayının ilk həftəsində təşkil edilir və 16 gün davam edir. Yerli əhali tərəfindən “Theresienwiese” olaraq adlandırılan bayramın qısaldılmış adı “Wiesn” formasındadır. Oktoberfest Bavariya mədəniyyətinin ayrılmaz tərkib hissələrindən biri kimi böyük məşhurluq əldə edərək 1810-cu ildən bəri ənənəvi formada təşkil edilən festivaldır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.