Kıvancla şəkil çəkdirən məmur işini itirə bilər - Foto

23-09-2019, 08:40           
Kıvancla şəkil çəkdirən məmur işini itirə bilər - Foto
Məşhurlarla şəkil çəkdirmək heç hər zaman uğurlu olmur.
"Yeni Sabah" xəbər verir ki, Türkiyədə məşhur aktyor Kıvanc Tatlıtuğla bağlı maraqlı hadisə yaşanıb. Belə ki, 2012-13-cü ilərdə saxta vergi sənədindən istifadə etdiyi iddiası ilə məhkəmə qarşısına çıxan aktyorun hakimlə şəkili qalmaqala səbəb olub.

Adı açıqlanmayan hakimin Tatlıtuğla şəklini “Cümə axşamı sürprizi” adı ilə “WhatsApp” hesabından paylaşması ilə sosial şəbəkələrdə yayılması qalmaqal yaradıb.

Kıvanc Tatlıtuğ “fotoqrafdakı hakim mənim məhkəmə işinə baxan deyil” desə də, Hakimlər və Prokurorlar Qurumu (HSK) bu barədə təhqiqata başladığını açıqlayıb.

Qeyd edək ki, həmin məhkəmə işi ilə bağlı Tatlıtuğun 6 ildən 10 ilə qədər həbsi tələb olunur.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.