Aşıqlardan ibrətamiz addım - Tələbə qızın təhsil haqqını ödədilər..

9-10-2019, 09:02           
Aşıqlardan ibrətamiz addım - Tələbə qızın təhsil haqqını ödədilər..
Bir müddət öncə Xəzər TV-nin "Beşdə beş" verilişində qonaq olan Aşıq Samirə və Aşıq Əli Tapdıqoğlu rayondan olan iki bacı tələbələrdən birinin 1800 manat təhsil haqqını ödəyib.

Məsələyə münasibət bildirən Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı Moderator.az-a açıqlamasında bu müsbət addıma görə sevindiyini bildirdi:

"Doğrusu bundan xəbərsiz idim, indi sizdən eşidirəm. Aşıq Samirəni də, Aşıq Əlini də bu ibrətamiz addımına görə alqışlayıram. Təhsil alan insana kömək etmək Allah qarşısında savabdı. Düşünürəm ki, bu addımı aşıqlardan ilk olaraq Aşıq Samirəylə Əli Tapdıqoğlu atıb. Bir çox hallarda aşıqlarla bağlı mənə şikayətlər gəlir, amma Samirəylə Əlinin bu müsbət addımı ürəyimi açdı. Onlar həm də Aşıqlar Birliyini bir çox ölkələrdə təmsil edib, qalib olublar".

Qeyd edək ki, aparıcı Zaur Kamal verilişində bu təşəbbüslə bir neçə imkansız ailələrin uşaqlarının təhsil haqqının müğənnilər tərəfindən ödənilməsinə müvəffəq olub.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.