Kələkidə böyümüş Elçibəy xanımlar içəri girəndə, ayağa qalxırdı.

18-10-2019, 10:18           
Kələkidə böyümüş Elçibəy xanımlar içəri girəndə, ayağa qalxırdı.
“Elçibəy yuxuda mənə dedi ki, bəy, hamısını açıb danışım?”
Bu fikirləri Yenicag.az-ın yayımlanan “Görünməyən tərəf” layihəsinin qonağı olan şoumen Kamran Həsənli deyib.
Kamran Həsənli sağlığında müşaviri olduğu mərhum Əbülfəz Elçibəylə münasibətlərindən də danışıb:
“Mübahisəmiz ondan ibarət idi ki, deyirdim, bəy, ətrafda çoxlu əyalət düşüncəli insanlar var. Dövləti əyalət düşüncəli insanlarla idarə etmək olmaz. Bizim mübahisələr bu yöndə olub, ancaq o bizim müəllimimizdir, demokrat insandır.
Kələkidə böyümüş Elçibəy xanımlar içəri girəndə, ayağa qalxırdı. Ona heyrətlə baxırdıq. Deyirdi, xanım içəri girəndə, ayağa qalxmaq lazımdır. Nə olsun, Kələkidə böyüyüb, yüksək mənəviyyatlı, Avropa düşüncəli insan idi”.
Kamran Həsənli Elçibəyin məzarını ziyarət etmədiyini deyib:
“Açığı, öz valideyinlərimin də məzarlarını az-az ziyarət edirəm. Məzar üzərində 5-6 ərəb sözü deməyin də əleyhinəyəm. İnsan ölür, təbii ki, o məzar 100 ildən sonra itib gedəcək. Mən məzarın üstünə gedib, onunla görüşmək düşüncəsindən kənar adamam.
Mən ruhən onunla görüşürəm. Yuxuda görürəm, yuxuda söhbətlərimiz olur. Bir-iki il bundan öncə yuxuda mənə dedi, bəy, neyləyim, hamısını açıb danışım? Dedim, bəy, de, bilək. Əlini yelləyib getdi.
Onunla ünsiyyətdəyəm, ruh dünyasına inanıram. Ancaq qəbir üstünə gedib, bir-iki söz deyib, ruhu şad olsun deməyin əlehinəyəm. Ölüyə o lazım deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.