Səhnədən yıxılan Ledi Qaqanı buz dolu vannaya saldılar - Video

21-10-2019, 11:08           
Səhnədən yıxılan Ledi Qaqanı buz dolu vannaya saldılar - Video
Konsertdə səhnədən yıxılan amerikalı məşhur müğənni Ledi Qaqa buz vannası ilə şəfa tapır.

“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, dünya ulduzu sosial şəbəkədə paylaşdığı görüntüdə necə sağaldığını izləyiciləri ilə bölüşüb. Belə ki, buz dolu vannaya girən 33 yaşlı ifaçı bir müddət buzlu suda qalıb.

Xarici mətbuatda yazılanlara görə, səhnədən yıxılıb xəsarət alan sənətçi buz vannası ilə şəfa tapmağa çalışır.

Xatırladaq ki, Las Veqasda verdiyi konsert zamanı səhnəyə fanatını çıxarıb. Rəqs edərkən müvazinətini itirən Qaqa səhnədən aşağı yıxılmışdı.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.