“Sözün var?” - Nazilə yenidən “Maşın” şou eşqinə düşdü, izləyicisi ilə “dalaşdı”

21-10-2019, 11:14           
“Sözün var?” - Nazilə yenidən “Maşın” şou eşqinə düşdü, izləyicisi ilə “dalaşdı”
Şairə Nazilə Səfərli “Maşın” şouda yenidən iştirak etmək eşqinə düşüb.

“Yeni Sabah” xəbər verir ki, o, sosial şəbəkədə özünün qurduğu şounu təqdim edib.
Maşının ətrafında dayanan N.Səfərli şounun finalçıları Suna Kasımoğlu və Lalə Mustafayevanın şoudakı dialoqunu canlandırıb. O, Murad Dadaşova müraciət etməyi də unutmayıb: “Murad Dadaşov, bəlkə təzədən başlayaq? Nurayı tanıdınız yəqin ki, dəyərli sənətkar dostum Eltonun gözəl qızıdır”.
Şairənin rəylərdə izləyicisi ilə də sözü çəp gəlib. Ona yazılan “Heyif, türk uddu” rəyinə şairə “Mən də türkəm, sözün var? Bəs sən özün nə millətisən?” – deyə cavab verib.
Qeyd edək ki, “Maşın”ın bundan əvvəlki, yəni 17-ci sürətində iştirak edən Nazilə Səfərli iştirakçılarla qalmaqal yaşaması ilə tez-tez gündəmə gəlmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.