“Səhvlərimi Nadir Qafarzadə deyir” – Ayan müğənniləri yıxıb-sürüdü

22-11-2019, 17:25           
“Səhvlərimi Nadir Qafarzadə deyir” – Ayan müğənniləri yıxıb-sürüdü
"Xatun söhbətini artıq bağlamışam. Hər kəs mənim danışıq tərzimi, xasiyyətimi bilir. Düşünürəm ki, lazımlı və hörmətli cavabını vermişəm".

Bu sözləri musavat.com-a açıqlamasında müğənni Ayan Babakişiyeva deyib. O, həmkarı Xatun Əliyevanın ona atmaca atmasından danışmaq istəmədiyini bildirib.

A.Babakişiyeva həmkarı Nadir Qafarzadə ilə yeni duetindən və işlərindən də danışıb: "Nadirlə yeni duetimiz işıq üzü gördü. Bununla yanaşı klip də, çəkdirməyi düşünürəm. Düşünürəm ki, çox möhtəşəm və fərqli iş ortaya çıxacaq. Mən də daim yaxşı iş təqdim etməyə çalışmışam. Estrada ifaçısıyam, amma lazım olanda meyxanaya da qulaq asıram. Təəssüf ki, indi bayağı müğənnilərimiz çoxdur. Onlar musiqimizi korlayır. Məsələn, bizim Nadirlə oxuduğumuz ilk duetin də müəllifi meyxanaçı idi, amma biz onu layiqli şəkildə nümayiş etdirdik. Əgər təqdimetmə bacarığın varsa, o bayağı olmayacaq. Bəzi müğənnilər Tofiq Quliyevin əsərini ifa edirlər, təqdimata baxırsan ki, o cür əsəri nə günə qoyurlar. Bayağılıqda lazımsız boğazlar, ritmlər, ucuz, səviyyəsiz aranjemanlar eşidilir. Ən çox da mənşəyi bilinməyən internet kanallarda bayağı ifalar səslənir. "İnstagram"da da bunu paylaşıb, məşhur olurlar. Amma o sevgi də çox getmir".

Müğənni "Bəs siz ağır, klassik əsəri oxuya bilərsinizmi" sualına belə cavab verib: "Əlbəttə ki. Əgər, mən Elçin İmanovun tələbəsiyəmsə, demək ki, klassikanı da, oxuya bilərəm. Toylara gedəndə bəzən elə olur ki, Tofiq Quliyevin 6/8 ritmlərinə müraciət edirəm. Lazım olanda efirdə də, onları ifa edirəm".

A.Babakişiyeva bu yaxınlarda açdığı gəlinlik mağazasından danışıb: "Gəlinlik geyindim. Niyə də gəlin olmayım? Düzdür, gəlinlik geyindiyimə görə bəxtim bağlanır, amma hər an hər şey ola bilər, çünki bunlar qismət işidir".



Müğənni geyimlərində olduqça cəsarətli olduğunu söyləyib: "Özümə, vücuduma güvənirəm. İnsanda özgüvən, qərar və xarakter olmalıdır. Əgər, qərarsız olsanız, həyatda istədiyiniz heç bir şeyə nail olmayacaqsınız. Mən daim çalışmışam ki, sözün haqqını deyim. Kiminsə arxasıyca danışmıram, əgər, sözüm varsa bir başa insanın üzünə deyirəm. Mənə isə nəyin səhv, nəyin düz olduğunu hər zaman anam və Nadir Qafarzadə deyir”.

İfaçı xalq artisti Röya Ayxanla duet oxumaq istədiyini də gizlətməyib: “Mən həmişə demişəm ki, Aygün Kazımovanın fanatıyam. “Maşın” şouda olanda Röyadan gözləmədiyim jest gördüm. Röya ilə duet oxumaq istəyirəm. Qadınla duet oxusam, bu Röya olar. Beyonsla Şakiranın klipi kimi bir klip istəyərəm”.

Könül,
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.