Yalçın Rzazadədən Əli Mirəliyevə son xəbərdarlıq: - "Bir də adımı çəksə..."

4-12-2015, 19:47           
Yalçın Rzazadədən Əli Mirəliyevə son xəbərdarlıq: - "Bir də adımı çəksə..."
Xalq artisti Yalçın Rzazadə həmkarı Əli Mirəliyevlə aralarında olan qalmaqala münasibət bildirib.

Lent.az-a açıqlama verən xalq artisti bildirib ki, Ə.Mirəliyev onun adını bir daha mətbuatda hallandırsa, barəsində danışsa, məhkəmə qarşısında cavab verməli olacaq: “Televiziyaların birində çəkilişdə idim, Əli gəldi, məni qucaqlayaraq dedi ki, Yalçın müəllim, mən sizin haqqınızda heç vaxt neqativ sözlər deməmişəm. Söylədi ki, qələt edərəm, sizə nəsə deyərəm. Biz Yalçın Rzazadənin mahnılarını oxuyub, ailəmizə pul qazanmışıq. Hər zaman demişəm ki, sənətkar, dahi olmaq olar. Amma şəxsiyyət olmaq çətindir. Sənətə gəldiyim ilk gündən çalışmışam ki, şəxsiyyətimi qoruyum. Azərbaycan xalqı məni şəxsiyyət kimi tanıyır. Ona görə də Əliyə xəbərdarlıq edirəm. Əgər bir daha adımı xoş olmayan mövzularda çəksə, onunla başqa cür danışacağam.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.