Milyonlarla insan bu hərəkəti təkrar etməyə çalışır-VİDEO

2-12-2019, 19:13           
Milyonlarla insan bu hərəkəti təkrar etməyə çalışır-VİDEO
ABŞ-ın Kaliforniya ştatında yaşayan gənc bir qızın, mərkəzi Çində yerləşən sosial media platforması olan TikTok-a yüklədiyi video 'virus' kimi yayıldı. 19 yaşlı Tori Parenonun əlləri vasitəsi ilə etdiyi 'hiyləyə' milyonlarla dəfə baxıldı.

Əllərinin hərəkəti ilə illüziya yaradan və əllərini bir-birindən keçirmiş kimi görünən Pareno, TikTok'dan əlavə videonu Twitter'ə yüklədi və həmin illuziya 9 milyondan çox izləndi.

Gənc qızın əllərinin surəti hesabına yaratdığı illuziya videosu, mikro blog saytı Twitter’də 535 mindən çox insan bəyəndi və videonu 176 min nəfər təkrar paylaşdı.

Sosial media istifadəçiləri bu heyrətverici videoya şərh verməyə başladılar.

Bir Twitter istifadəçisi Tori Parenonun illüziya hiyləsini "sehrli" olaraq xarakterizə etdi.

Digər istifadəçi isə bu hərəkəti “mükəmməl” adlandırdı və “bunu məndə etmək istəyirəm, superdi” mesajı paylaşdı.

/365.az/шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.