Məşhur KVN-çi 37 yaşında vəfat etdi - Foto

20-01-2020, 00:23           
Məşhur KVN-çi 37 yaşında vəfat etdi - Foto
Rusiyanın “Pyatiqorsk Şəhər” adlı “Şən və Hazırcavablar Klubu” (“KVN”) komandasının üzvü Timur Qaydukov uzun sürən xəstəlikdən sonra vəfat edib.
"Yeni Sabah" RİA "Novosti"yə istinadən xəbər verir ki, Qaydukov 37 yaşında qan xərçəngindən dünyasını dəyişib. O, 2018-ci ildən bu xəstəliklə mübarizə aparırmış.

Məlumatı “Facebook” səhifəsində mərhum “KVN”-çinin dostu David Məlikhüseynov verib. O, dostu haqqında bunları yazıb:

“Sən hər birimizə stimul verirdin. Sənin şəxsi layihələrin sayəsində biz uğurlar qazanırdıq. Sən bizim enerji mənbəyimiz, atom stansiyamız idin”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.