Nənəsinin başına oyun açdı – Həbs olundu

21-01-2020, 09:37           
Nənəsinin başına oyun açdı – Həbs olundu
Bir müddət model kimi fəaliyyət göstərən Emili Evans - Şrayber xəstə nənəsinin pulunu külli miqdarda oğurlayıb.
“Yeni Sabah” xəbər verir ki, 38 yaşlı model 2018-ci ildə nənəsinin qayğısına qalmaq üçün onun evinə köçüb.

O, rəsmi sənədlərlə yaşlı qadının maliyyə vəsaitlərinə nəzarət etmək hüququ qazanıb. 2018-ci il ərzində aprel ayından ilin sonuna qədər o nənəsinin hesabından öz hesabına 40 dəfə pul göndərib.

Anası 38 yaşlı qadının işsiz olduğu halda necə lüks həyat yaşadığını anlamayıb və polisə bu barədə xəbər verib. Araşdırmalar nəticəsində keçmiş modelin nənəsindən 230 min funt- sterlinq (təxmini 500 min manat) pul oğurladığı məlum olub. O, 2 illik həbs cəzasına məhkum edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.