"Simpsonlar" 27 il əvvəl koronavirus barədə xəbər veribmiş: DÜNYA ŞOKDA - VİDEO

28-01-2020, 10:52           
"Simpsonlar" 27 il əvvəl koronavirus barədə xəbər veribmiş: DÜNYA ŞOKDA - VİDEO
İlk bölümü 1989-cu ildə yayımlanan ABŞ cizgi filmi “Simpsonlar”ın (“The Simpsons”) 1993-cü ildə çəkildiyi iddia edilən bir bölümündə koronavirusa aid izlər olduğu ortaya çıxıb.

KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, iddiaya görə film 27 il əvvəl Çində bir virus yayılacağından xəbər verib.

Sözügedən bölümdə Simpsonlar ailəsinə Çindən poçt ilə bir paket gəlir və bu paket nəticəsində ABŞ-da keçici xəstəlik yayılır.

Filmin bu kəhanəti sosial mediada da gündəm olub, tvitterdə bununla bağlı bir çox tvit atılıb.

Qeyd edək ki, “Simpsonlar” cizgi filmi bir çox öncəgörmə iddiaları ilə məşhurdur.

Həmin bölümdən bir hissəni təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.