Cim Kerri “Maska”nın çəkilişi üçün şərtini açıqladı 29-01-2020, 09:53 Aktyor Cim Kerri “Maska” filminin davamına çəkilmək üçün şərtlərini açıqlayıb.Kult.az xəbər verir ki, bunu Kerri “Comicbook”a müsahibəsində deyib. Onun sözlərinə görə, filmin reallaşması üçün hər şey rejissordan asılı olacaq:“Mən bu filmdə çəkiliş xətrinə çəkilmək istəmirəm. Əgər dəlisov rejissor tapılsa, bunu edə bilərəm”.Qeyd edək ki, “Maska” filmi 90-cı illərdə böyük uğur qazanıb. Facebook-da paylaş