Məşhur repçi küçənin ortasında vəhşicəsinə öldürüldü

30-05-2020, 01:33           
Məşhur repçi küçənin ortasında vəhşicəsinə öldürüldü
Kanadanın Toronto şəhərində Houdini ləqəbi ilə tanınan məşhur repçi Cimarcio Ceniks vəhşicəsinə öldürülüb.

Unikal.org xəbər verir ki, repçi 15 yaşlı dostu ilə gəzərkən otelin yaxınlığında yerləşən avtomobildən onlara atəş açılıb. Xəstəxanaya çatdırılan Houdini güllə yaralarından vəfat edib. Həkimlər hazırda onun dostunun həyatını xilas etməyə çalışırlar.

Verilən məlumata görə, hücum nəticəsində 27 yaşlı naməlum bir qız da xəsarət alıb.

Cinayətkarların axtarışı davam etsə də, repçinin vəkili məsələni diqqətlə araşdırılmasını tələb edib.

Qeyd edək ki, Houdini silahlı hücum nəticəsində öldürülən 30-cu repçidir. O, Kanadada bir ulduz hesab edilirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.