Emin Ağalarov da koronavirusa yoluxub

5-06-2020, 00:03           
Emin Ağalarov da koronavirusa yoluxub
Azərbaycanın xalq artisti, müğənni, bəstəkar və iş adamı Emin Ağalarov da koronavirusa yoluxub.

Son bir neçə ay ərzində ifaçı pərəstişkarları və həmkarları ilə daim təmasda olsa da, xəstəlik barədə heç nə deməyib. Yeniavaz.com "Starhit.ru"ya istinadən xəbər verir ki, bu gün Azərbaycanın xalq artisti, opera müğənnisi Yusif Eyvazovla söhbətində Emin COVID-19-dən sağaldığını və artıq iş fəaliyyətinə qayıtdığını etiraf edib.

“Mənim üçün yeni bir şey idi. İki həftə evdə tək idim. Ümumiyyətlə mənim həyatımda heç bir dəqiqə olmayıb ki, mən tək qalım. Buna görə 40 il ərzində ilk dəfə özümlə görüşdüm. Və bu adamla tanış olmaqdan təəccübləndim. Tamamilə sağaldım".

Eminin sözlərinə görə, bütün bu müddətdə işini davam etdirib: "Qorxu hiss etmədim, çünki yaşın və güclü immunitetin mənim tərəfimdə olduğunu bilirdim. Ancaq həmkarlarım və pərəstişkalarım tərəfindən sorğu-sual olunmamaq üçün narahatedici xəbərlər paylaşmırdım".

Müğənni xəstəliyin ümumilikdə asimptomatik keçdiyini bildirib: "İstifadə etdiyim ətirin qoxusunu və yediyim yeməklərin dadını hiss etmədiyimi gördüm. Dərhal klinikaya müraciət etdim". Eminin sözlərinə COVID-19 testi pozitiv çıxdıqdan sonra sonra ona müvafiq müalicə təyin edilib və artıq tam sağalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.