Lider TV niyə müflis elan edildi? — YENİ FAKTLAR

17-06-2020, 19:33           
Lider TV niyə müflis elan edildi? — YENİ FAKTLAR
“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin “Lider TV və Radio-Azərbaycan” MMC-nin 691.092,16 manat borcu yarandığı üçün müflis elan edilib.

Bu barədə Demokrat.az-a Bakı Kommersiya Məhkəməsindəki mənbə məlumat verib.

Məlumata görə, MMC 2019-cu ildən yaranan borcu ödəyə bilməyib. Buna görə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar

Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi tərəfindən borclu “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi barədə məhkəməyə müraciət edib.

Məhkəmədə çıxış edən MMC-nin nümayəndəsi Günay Əliyeva bildirib ki, iddiaçı ilə uzun illər əməkdaşlıq ediblər.

Onun sözlərinə görə, öhdəliklərin həmişə vaxtında yerinə yetiriblər. Nümyəndə qeyd edib ki, son bir neçə ildə maliyyə problemlərinin yaranıb və bu səbəbdən borclanıblar.

Məhkəmədən qeyd edilib ki, artıq “Lider TV və Radio-Azərbaycan” MMC-yə yeni inizbatçı da təyin olunub. Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Abbasov Mikayıl Hümmət oğlu əmlak inzibatçısı təyin edilib.

Qeyd edək ki, ötən gün Bakı Kommersiya Məhkəməsi “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi barədə qərar qəbul edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.